Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" Messiyə yeni təklif irəli sürüb - <font color=red><b>KİV</b></font>

07:23 - 10 Avqust 2021 tarixində dərc olunub.
İspaniyanın "Barselona" futbol klubu son dəfə Argentina yığmasının hücumçusu Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri “La Porteria”ya istinadən məlumat yayıb.

Məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır. Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. Bildirilir ki, argentinalı Fransanın "Pari Sen-Jermen” klubuna" keçidə yaxındır.

Müəllif: