Kişilər arasında hündürlüyə tullanma yarışlarında qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi çempion elan edilib.
Tamberi Tokio olimpiadasında kişilər arasında hündürlüyə tullanma yarışlarının finalında Barşimlə qarşılaşıb.
Hər iki idmançı finalda 2.37 metr tullanıb. Hakimlər idmançıların hər birinə daha üç cəhd imkanı verib, amma heç biri 2.37 metrdən yuxarı çatmayıb.
Hər ikisinə daha bir cəhd verilib, amma italiyalı ayağından ciddi zədə aldığı üçün son cəhddən geri çəkilməli olub. Qətərli Barşimin qarşısında başqa rəqibi olmayıb. Bundan sonra müsəlman idmançı hakimdən son cəhddən imtina etsə, qızıl medalın hər ikisinə verilməsinin mümkün olub-olmadığını soruşub. Hakimlər məsləhətləşdikdən sonra bunun mümkün olduğunu deyiblər. İtaliyalı idmançı bu qərardan sonra böyük sevinc yaşayıb.
Bu qərardan sonra qətərli Mütaz Əssa Barşim və italiyalı Canmarko Tamberi birlikdə qızıl medal qazanıblar.///Teleqraf.com