Şevçenko millini tərk edir

18:14 - 1 Avqust 2021 - İDMAN

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko vəzifəsini tərk edir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Şevçenko bildirib ki, millinin baş məşqçisi kimi 5 illik müqaviləsi bu gün başa çatır və o, yenidən bu postu tutmayacaq: "Hesab edirəm ki, bu 5 ildə müasir futbolda oynaya bildiyimizi sübut edə bildik. Ukrayna Futbol Assosiasiyasına, mənimlə çalışan hər kəsə, eləcə də millinin üzvlərinə, azarkeşlərimizə sonsuz təşəkkür edirəm. Uğurlar!", - deyə qeyd edib.

Xəbər xətti