Tokio-2020: Azərbaycanın daha bir idmançısı mübarizəni dayandırdı

07:41 - 1 Avqust 2021 - İDMAN

Azərbaycan idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, çəkicatma növündə yarışan atlet finala vəsiqə qazana bilməyib. Bu, B qrupundakı ilk cəhdlərdən sonra gerçəkləşib. 29 yaşlı ukraynalı legioner ən yaxşı 12 atlet arasına düşmək şansını itirib. O, A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.

Xəbər xətti