Tokio-2020: Bu gün Azərbaycan və Ermənistan boksçuları qarşılaşacaq

00:20 - 31 İyul 2021 - İDMAN

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.

Ucnoqta.az xəbər verir ki, boksçu Cavid Çələbiyev 1/8 final görüşünə çıxacaq.
63 kq çəki dərəcəsində yer alan dünya çempionu Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.

Çələbiyev 1/16 finalda ukraynalı Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Tokio-2020
30 iyul
Boks

63 kq

07:36. 1/8 final. Cavid Çələbiyev - Ovannes Baçkov (Ermənistan)

Qeyd edək ki, indiyədək Azərbaycanın 22 idmançısı mübarizəni dayandırıb, 2-si medal qazanıb.///report

Xəbər xətti