San Marino Olimpiadalar tarixində ilk medalını qazanıb

12:27 - 29 İyul 2021 - İDMAN

San Marino yığması Olimpiadalar tarixində ilk medalını qazanıb.

Ucnoqta.az Apasport.az-a istinadən xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının stend atıcılığı yarışında Alessandra Perilli üçüncü yeri tutub.

O, trap növündə bürünc medala layiq görülməklə ölkə idmanının tarixinə düşüb. Bununla 34 min əhaliyə malik San-Marino Olimpiadalarda medal qazanan ən kiçik ölkə olub. Adıçəkilən ölkə Roma-1960-dan bəri dünyanın ən mötəbər multi-idman yarışında iştirak edir.

Qeyd edək ki, San-Marino Tokio-2020-yə 5 idmançı ilə qatılıb.

Xəbər xətti