Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

COVID-19-un ağır keçməsinin yeni səbəbi aşkar edilib

ABŞ-dan olan alimlər nazofarenksdən (udlağın burun hissəsi) alınan analizlər əsasında koronavirus infeksiyasının gedişatının ağırlığını proqnozlaşdırmağın yeni yolunu tapıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqat “Cell” jurnalında dərc olunub.

Boston Uşaq Xəstəxanasının əməkdaşları Massaçusets Texnologiya İnstitutu və Mississippi Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri ilə birlikdə koronavirusa yoluxmuş 35 xəstənin burnundan götürülmüş yaxmaları araşdırıblar. Alimlərin fikrincə, nazofarenksdən götürülən analizlər qan nümunələrini araşdırmaqdan daha effektivdir.

Araşdırma müəllifləri burun və boğazdakı epitel hüceyrələrinin SARS-CoV-2-yə yoluxma zamanı ciddi dəyişikliklərə məruz qaldıqlarını aşkar ediblər. Belə ki, COVID-19-un yüngül və orta dərəcədə ağır formalarını keçirən xəstələrdə bu hüceyrələrdə antiviral reaksiyaya cavabdeh olan genlər, xüsusən də I tip interferonla stimullaşdırılanlar aktivləşib.

Xəstəliyin ağır formasına keçirən insanlarda isə epitel hüceyrələrinin interferona zəif reaksiyası səbəbindən antiviral reaksiyalar, əksinə, çox zəif olub. Onların yaxmalarında iltihab reaksiyalarını gücləndirən çox sayda makrofaq və digər immun hüceyrələr aşkar edilib.

Tədqiqatçılardan biri olan Xose Ordovas-Montaneysin sözlərinə görə, immunitet sisteminin fəaliyyətinin tənzimlənməsinə kömək edən interferona qarşı pozulmuş reaksiya insanları həm koronavirusa, həm də digər infeksiyalara qarşı daha həssas edir.

İndi alimlər bu reaksiyanın səbəbini öyrənməyi, eləcə də bunu burun spreyi və ya damcısı ilə gücləndirməyin mümkün olub-olmadığını anlamağı planlaşdırırlar.

Tarix
24 İyul 2021 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-07-24 13:47:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin