Tokio-2020 Yay Olimpiya Oyunları ləğv edilə bilər.
Təşkilat Komitəsi yarışların açılış mərasiminə üç gün qalmış bunu açıqlayıb.
Komitənin baş direktoru Tosiro Muto bildirib ki, koronavirsla bağlı vəziyyət pisləşsə Olimpiada ləğv edilə də bilər. Son bir sutkada Oyunlarla bağlı daha 10 koronavirusa yoluxma faktı aşkarlanıb və ümumi say 68-ə çatıb: “Biz koronavirusa yoluxma sayının nə qədər olacağını öncədən deyə bilmərik. Buna görə də əgər artım olsa, müzakirələr aparacağıq. Razılaşmışıq ki, koronavirusla bağlı vəziyyətdən asılı olaraq yenidən beştərəfli danışıqlar çağıraq. İndiki durumda xəstəlik arta və ya azala bilər. Ona görə də belə vəziyyət yarananda nə etməli olduğumuzu düşünəcəyik”.
Qeyd edək ki, Tokio-2020 çərçivəsinə yalnız 26 yarış tamaşaçılarla keçiriləcəksə, digər 724 yarış boş tribunalar önündə baş tutacaq./apa