Azərbaycan UEFA reytinqində geriləyib

14:13 - 16 İyul 2021 - İDMAN

Avrokubokların I təsnifat mərhələsindən sonra UEFA reytinqi açıqlanıb.

Mərhələnin son oyun günü cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın da mövqeyi dəyişib. Sloveniya xal hesabını 13,375-ə çatdıraraq yenidən 27-ci sıraya yüksəlib.

Balkanlılar həm Azərbaycan, həm Qazaxıstanı arxada qoyub. 13,125 xalı olan ölkəmiz 1 pillə geriləyərək 29-cu sıraya enib. 28-ci olan Qazaxıstandan 0,125 xal geri qalan Azərbaycan ən yaxın izləyicisi Polşadan 0,875 xal öndədir. Polşalılar Slovakiya ilə Belarusu keçərək qonşumuza çevrilib.

Qeyd edək ki, Azərbaycan cari mövsümdə 0,500 xal qazanıb.///apasport

Xəbər xətti