“Qarabağ” 1 milyon avroluq futbolçunu geri qaytardı - SƏBƏB

13:19 - 12 İyul 2021 - İDMAN

"Vitoriya”nın hücumçusu Abdul-Aziz Yakubunun "Qarabağ”a transferi baş tutmayıb.

Bu barədə apasport.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi bunu qanalı forvardın səhhətindəki problemlə əlaqələndirib: "Abdul-Aziz Yakubu bir neçə gün əvvəl komandamızın Avstriyadakı təlim-məşq toplanışı üçün düşərgəmizə qoşulmuşdu. Klubu ilə də müəyyən məbləğ qarşılığında razılıq əldə olunmuşdu. "Qarabağ” klubu həmin transfer məbləğini ödəməyə hazır idi. Çünki baş məşqçimizin istədiyi hücumçu idi. Təəssüf ki, tibbi müayinədən uğurla keçə bilmədi. Tibbi müayinə göstərdi ki, bu futbolçu uzunmüddətli müqavilə üçün yararlı deyil. Bu üzdən klubu ilə yenidən danışıqlar apardıq, lakin bu da bir nəticə vermədi. Bu səbəbdən Yakubunu "Vitoriya”nın düşərgəsinə qaytardıq”.

Abbaszadə məşqçilər korpusunun başqa variantları nəzərdən keçirəcəyini sözlərinə əlavə edib: "Azarkeşlərimiz narahat olmasınlar. "Qarabağ”ın transfer çalışmaları davam edir. Alvernativ variantlara baxacağıq”.

Qeyd edək ki, Abdul-Aziz Yakubunun "Qarabağ”la 4 illik müqavilə imzalaması planlaşdırılırdı. Ağdam klubunun bu keçid üçün Portuqaliya təmsilçisinə 1 milyon avro ödəməyə hazır olduğu vurğulanmışdı.

Xəbər xətti