AVRO-2020: İtaliya yığması Avropa çempionu oldu

08:12 - 12 İyul 2021 - İDMAN

Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, final qarşılaşmasında İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda keçirilən oyunda ilk qolu İngiltərə millisinin oyunçusu Lük Şou vurub.
İtaliya yığması isə bərabərlik qolunu 67-ci dəqiqədə vurub. 
Görüşün əsas və əlavə vaxtları bu hesabla da başa çatıb. Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2.
Beləliklə, İtaliya millisi ikiqat Avropa çempionu olub.

AVRO-2020
Final
11 iyul

 
İtaliya - İngiltərə 1:1 (Penalti - 3:2)
Qollar: Leonardo Bonuççi, 67 - Luke Şou, 2.

Xəbər xətti