İngiltərənin "Tottenhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Nunu Eşpiritu Santu ilə anlaşıb.
47 yaşlı mütəxəssislə tezliklə müqavilə imzalanacağı gözlənilir. O, bu postda apreldə istefaya göndərilmiş Joze Mourinyonu əvəzləyəcək.
Qeyd edək ki, Nunu Eşpiritu Santu son olaraq "Vulherhempton"a rəhbərlik edib.