Türkiyədə zəlzələ olub

00:28 - 19 İyun 2021 - DÜNYA

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda zəlzələ qeydə alınıb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:51-də 4,1 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 17,4 kilometr dətinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Xəbər xətti