Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi yeraltı və yerüstü keçidlərdə maska taxmağın məcburi olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yeraltı və yerüstü piyada keçidləri qapalı məkan hesab oldunduğu üçün maska taxmaq məcburidir: “Qapalı məkanlarda, yeraltı və yerüstü piyada keçidlərində və eləcə də yeraltı piyada keçidlərinin ticarət obyektləri olan hissələrində, ictimai nəqliyyatda polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Açıq havada tibbi maskadan istifadə etmək barədə qadağa götürülsə də, vətəndaşlarımız pandemiya şəraitində bütün qapalı məkanlarda sosial məsafəyə riayət etməli, tibbi maskadan istifadə etməlidirlər. Yeraltı və yerüstü keçidlər də qapalı məkandır və burada tibbi maskadan istifadə edilməlidir. Vətəndaşlar özlərinin və digər şəxslərin sağlamlığına etinasız yanaşmamalıdır”.

Tarix
16 İyun 2021 [11:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-16 11:43:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin