Zelenski jurnalistləri kababa qonaq etdi - Foto

13:41 - 6 İyun 2021 - DÜNYA

İyunun 6-da Ukrayna Prezidenti Vladimir Zelenski KİV nümayəndələri ilə təbiətdə qeyri-rəsmi görüş keçirib.

Hər il bu tarixdə Ukraynada Jurnalistlər günü qeyd olunur.
“Jurnalistlərin peşə bayramı ərəfəsində onlarla gün keçirdim. Bu dəfə - öz əllərimizlə hazırladığımız kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabusuz söhbət, kəskin suallar və mənim dürüst cavablarım. Belə görüşlərin artıq yaxşı ənənəyə çevrilməsi xoşdur”, - Zelenski instaqram səhifəsində yazıb.

Qeyd edək ki, Ukrayna Prezidenti bir il əvvəl də analoji görüş keçirib. Onda Prezident və media işçiləri velosiped sürmüşdülər.///olke.az


Xəbər xətti