Ötən gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.
Ölkəmizi təmsil edən müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə bu mərhələdə 14-cü çıxış edib.
İfaçımız Avroviziya-2021 səhnəsini 15 ölkədən olan təmsilçilərlə bölüşüb. Samirə Əfəndi ifası ilə final mərhələsinə adını yazdıra bilib.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.
///baku.ws