Azərbaycanlı youtuber vəfat etdi

14:15 - 14 May 2021 - HADİSƏ

Azərbaycanlı youtuber Ceyhun Əsədov vəfat edib.

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, o, ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Ceyhunun beyninə qan sızıb və əməliyyat olunub. Bir ay komada qalan youtuber Tovuzda müalicə alırdı.

Qeyd edək ki, Ceyhunun 37 yaşı var idi. O, bir çox müğənninin Youtube kanalını işlətməsi ilə məşhurlaşmışdı.

Xəbər xətti