Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri nəzarət kamerasına düşüb.
Avtosfer.az xəbər verir ki, yolun kənarından hərəkətə başlayıb geriyə dönən "Kamaz" markalı avtomobilin sürücüsü yolun boş olmasına əmin olmadan manevri həyata keçirib. Bu zaman yüksək sürətlə gələn "Mercedes" markalı mikroavtobus qəzadan yayınmaq üçün sola manevr edib. İdarəetməni itirən mikroavtobus sürücüsü yoldan kənara çıxaraq aşıb.
Həmin görüntünü təqdim edirik: