Mehriban Əliyeva Qarabağa növbəti səfərdən görüntülər PAYLAŞDI - VİDEO

11:11 - 12 May 2021 - Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağa növbəti səfərdən görüntülər paylaşıb.

Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

Xəbər xətti