Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi

16:35 - 5 May 2021 - Xəbər

Xəbər verdiyimiz kimi, Ülviyyə Mikayılova "Space" teleradio şirkətinə rəhbər təyin olunub.

Lakin onun təyinatı birmənalı qarşılanmayıb. Belə ki, bir sıra televiziya layihələrinə təşkilatçılıq və rəhbərlik edən tanınmış jurnalist və media adamı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev sosial şəbəkədə status yazaraq “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid edib. O yazdığı statusda televiziyadan anlayışı olmayan şəxslərin TV rəhbəri təyin olunmağının bu sahədə heç bir uğura səbəb olmayacağını və televiziyanın strateji yer olduğunu qeyd edərək bunun təhlükəli olduğunu bildirib.

“Eşitdim ki, "Space" TV-yə yeni rəhbər təyin edilib. Mən başa düşə bilmirəm ki, televiziya sahəsini mükəmməl bilən gənclər kənarda qalıb, bu sahədən heç bir anlayışı olmayan, bu sahədə fəaliyyət göstərməyən insanları necə TV rəhbəri təyin edib, sonra nəsə nəaliyyət gözləmək olar. Axı TV rəhbəri strateji vəzifədir, burda praktika anlayışı təhlükə saçır...Açıqlamasında isə rəhbər gəldiyi viran televiziya haqda “İslahatların olacağı ilə bağlı nəsə deyə bilmərən” deyən adam, artıq hər şeyi deyib...”-deyə Əli Vəliyev qeyd edib.

Qeyd edək ki, Əli Vəliyev “Space” TV də redaktor-prodüser, 2009-cu ildən “ATV” kanalında fəaliyyyət göstərib. O “ATV” kanalında “Gün keçir”, “Səni axtarıram”, “Eurovision”, “Bakı-2015” Avropa Oyunları layihəsinin baş prodüseri və redaktoru, Xəbərlər xidmətinin icraçı prodüseri kimi fəaliyyət göstərib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəridir.///bizimyol.info

Xəbər xətti