İspaniya polisi "Barselona" klubunun ofislərində axtarış aparıb.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, səhər saatlarından binanın içərisinə bir neçə polis əməkdaşı daxil olub.
Həmin vaxt işçilər içəri buraxılmayıb. Xüsusi əməliyyatın təfərrüatları hələ açıqlanmayıb. Ancaq bunun klubun sosial şəbəkələrdəki fəaliyyəti ilə əlaqəli olduğu güman edilir.