Sərbəst güləşçilərimiz Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda uğurla çıxış edirlər.
Ucnoqta.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir ki, 65 kq-da mübarizə aparan idmançımız Turan Bayramov Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.
Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.
Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.
Qadınların mübarizəsində isə Türkan Nəsirova moldovalı Mariana Draqutana (Moldova) 12:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.