Tokio-2020: Tamaşaçılarla bağlı qərarın veriləcəyi vaxt açıqlanıb

15:39 - 25 Fevral 2021 - İDMAN

Tokio Yay Olimpiya Oyunlarında tamaşaçıların iştirakı ilə bağlı qərar martın sonlarında veriləcək.

Apasport.az saytının məlumatına görə, bunu yarışın Təşkilat Komitəsinin sədri Seyko Hasimoto açıqlayıb.

O bildirib ki, koromavirus pandemiyası dövründə tamaşaçıların idman obyektlərinə buraxılması ilə bağlı məsələdə ortaq qərara gəlinməsi təxminən bir ay çəkəcək. Hasimoto qeyd edib ki, Olimpiya məşəlinin estafetinin başlayacağı tarixədək bu məsələyə də aydınlıq gəlməlidir. Bu isə martın 25-də baş verəcək.

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada koronavirus səbəbindən təxirə salınıb. Yarış bu il iyulun 23-dən avqustun 8-dək keçirilməlidir.

Xəbər xətti