Bakı Uşaq və Gənclər Teatrı Xocalı faciəsinin ildönümünə həsr olunmuş qısametrajlı film çəkir.
Teatrdan Ucnoqta.az-a verilən məlumata görə, filmin ssenarisi respublikanın əməkdar artisti İntiqam Soltana məxsusdur. Filmdə İkinci Qarabağ müharibəsinin döyüş kadrlarından istifadə olunub.
Filmin quruluşçu rejissoru İntiqam Soltan, rejissor Rauf Hüseynli, bəstəkar Mahir İbrahimlidir. Çəkilişlər Bakı şəhərində, Qusar və Xaçmaz rayonlarında lentə alınıb.