İngiltərədə qadın avtobus sürücüsü gözəlliyi ilə hər kəsi heyran edib.
Bir çoxları onun bu peşə üçün həddindən artıq gözəl olmasını deməsinə baxmayaraq, 24 yaşlı Codi Li Foks iş yerini dəyişmək istəmədiyini bildirir.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Qadın sürücünün sözlərinə görə, əsas məqsədi peşəsindəki stereotiplərlə mübarizə aparmaqdır. O, özünün “TikTok” hesabında işdə qarşılaşdığı sərnişinlərdən, maraqlı hadisələrdən bəhs edir.
“Onlara avtobus sürdüyümü deyəndə, şoka düşdülər”, - deyə Foks izləyicilərinin reaksiyasından danışarkən bildirib.
O, əvvəllər xəstə baxıcısı olub. Sonra avtobus sürücüsünün axtarıldığı barədə elanı görüb və özünü bu peşədə sınamaq qərarına gəlib. Gənc qadının sözlərinə görə, hər zaman sükan arxasında olmağı sevib.
Foks onun barəsində deyilənlərə baxmayaraq işindən zövq aldığını və peşəsini dəyişmək fikrində olmadığını deyir.
///oxu.az