AFFA İntizam Komitəsi "Səbail"in oyunçusu Kamran Ağayevi 2 oyunluq cəzalandırıb.
Buna 35 yaşlı qolkiperin səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XV turunun oyunduna birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Ağayevin komanda yoldaşı Peyman Keşavarzi isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya olunub. Həmçinin sözügedən qarşılaşmada qonaqların 5 futbolçusu sarı vərəqə gördükləri üçün klub ümumilikdə 2 600 manat məbləğində cərimə olunub.
"Keşlə” ilə ev oyununda (2:0) 4 futbolçusu sarı vərəqə görən "Qəbələ" və Zirə" ilə səfər matçında eyni sayda oyunçusu xəbərdarlıq alan "Sabah" da 800 manat məbləğində cərimələnib.