"Barselona"nın kapitanı Lionel Messi rekord qırdığı oyunda geyindiyi butslarını sataraq, xeyriyyə məqsədi ilə xərcləyəcək.
Qol.az goal.com-a istinadən xəbər ki, 33 yaşlı hücumçu dekabrın 22-də bir klubda ən çox qol vuran oyunçu (Peleyə məxsus olan) rekordunu qırıb. O, həmin matçda geyindiyi butsları "Museu Nacional d'Art de Catalunya" muzeyinə bağışlayıb. Buts 1 ay boyunca muzeydə sərgilənəcək. Butslar apreldə keçirilməsi planlaşdırılan hərracda satıldıqdan sonra əldə edilən gəlir Kataloniyada onkoloji xəstəlikləri olan uşaqlara və onların ailələrinə bağışlanacaq.
Argentinalı oyunçu məsələ ilə bağlı açıqlamasında deyib: "Barselona" ilə 644 qol vurmağım məni xoşbəxt edir. Amma ən əhəmiyyətlisi sağlamlığı üçün mübarizə aparan uşaqlara nə isə verə bilməkdir. Düşünürəm ki, apreldəki hərrac insanları bu cür şeyləri düşünməyə vadar edəcək".