Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin yarımfinalında Uesli Soya uduzub

23:53 - 11 Fevral 2021 - İDMAN

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinə start verilib.

Mükafat fondu 100 min ABŞ dolları olan yarışın altıncı günündə yarımfinalın ilk matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Matça qara fiqurlarla başlayan təmsilçimiz ilk görüşdəki məğlubiyyətin əvəzini ağlarla çıxıb. Lakin 3-cü partiyada da So ağ rənglə oynamağından yararlanaraq növbəti dəfə önə çıxıb. Günün son partiyasında isə heç heçə qeydə alınıb və Teymur ilk görüşdə məğlubiyyətə üzülüb.

Digər yarımfinalda Maqnus Karlesn (Norveç) Maksim Vaşye-Laqravla (Fransa) qarşılaşıb. Matçın taleyini üç oyunda həll edən norveçli dünya çempionu asan qələbə qazanıb – 2,5:0,5. Yarımfinalın ikinci matçları sabah baş tutacaq.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. 

“Opera Euro Rapid”
Yarımfinal, ilk matç
11 fevral
20:00. Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5 (1:0, 0:1, 1:0, 0,5:0,5)

///ApaSport

Xəbər xətti