Neymar "Barselona" ilə oyunu buraxacaq

21:20 - 11 Fevral 2021 - İDMAN

Fransa kubokunun 1/32 final mərhələsinin "Kann"la oyununda (1:0) zədələnən PSJ-nin futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsindən xəsarət alan braziliyalı hücumçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu isə o deməkdir ki, 29 yaşlı forvard İspaniya "Barselona"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.

Qeyd edək ki, komandalar arasında birinci qarşılaşma fevralın 16-da İspaniyada, cavab görüşü isə martın 10-da Fransada keçiriləcək.

Xəbər xətti