Bakıda bir qrup gəncin məşhur restoranda əyləncə görüntüləri yayıldı - VİDEO

12:40 - 9 Fevral 2021 - Xəbər

Bakıda restoranların birində karantin qaydaları pozulub və məclis təşkil edilib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Məclisin keçirilməsinə səbəb karantin rejiminin yumşaldılmasını qeyd etmək olub. İddia olunur ki, məclis “Soel” parfum şirkəti tərəfindən “Muğam Ocağı” restoranında təşkil edilib.

Məsələ barədə məlumat almaq üçün şirkətlə əlaqə saxladıq. Şirkətdən bildirilib ki, onlar karantin qaydalarının bitməsi ilə bağlı heç bir məclis təşkil etməyib:
“Sadəcə olaraq bizim işçilər uzun müddətdir ki, görüşməyiblər və işdən sonra bir yerə yığışıblar. Bunun şirkətə və rəsmilərinə heç bir aidiyyəti yoxdur. İddia edilir ki, məclis pandemiyanın bitməsi ilə bağlı təşkil edilib. Bu, düzgün deyil. Ölkədə karantin rejimi davam edir. Biz iş saatından sonra işçilərimizə harasa getməyi qadağan edə bilmərik”.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.///oxu.az

Xəbər xətti