"Liverpul" klubu növbəti yay transfer pəncərəsində altı futbolçusu ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" əmək haqqlarını ödəyə bilmək və transferləri tamamlamaq üçün bəzi oyunçularla yolları ayıraraq vəsait yığmaq istəyir.
Premyer Liqa nəhəngi ehtiyat qapıçı Adrianla yanaşı, bu mövsüm "Portu"da icarə əsasında oynayan yarımmüdafiəçi Marko Qruyiçə etibar etmir.
Klubun Aleks Oksleyd-Çemberlenlə də yolları ayıra biləcəyi ehtimal edilir.
Digər 3 futbolçunun adı hələlik açıqlanmır.