Rusiyanın Primorsk bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hər iki avtomobilin sürücüsü qadın olub. Hadisə Ussuriysk şəhər dairəsində qeydə alınıb.
Kadrlarda, “Toyota Land Cruiser Prado” markalı avtomobilin hərəkətdə olduğu və bu zaman qəfildən sağ yoldan çıxan “Mazda Demio”nun ona sağ arxa tərəfdən çırpıldığı görülür.
Zərbənin təsirindən idarəetmədən çıxan “Prado” yol kənarına düşür.
Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.
Namiq Musayev