Messi şəxsi rekordunu yenilədi

11:41 - 8 Fevral 2021 - İDMAN

Lionel Messi şəxsi rekordunu yeniləyib. Ucnoqta.az xəbər verir ki, İspaniya çempionatında keçirilən oyunda “Barselona” “Betis”i məğlub edərək 43 xal toplayıb və cədvəlin 2-ci pilləsində qərarlaşıb. Qarşılaşma 3:2 hesabı ilə başa çatıb.

“Barselona”nın forvardı Lionel Messi, oyunun 2-ci hissəsində meydana çıxdıqdan 136 saniyə sonra qol vurub və bununla da argentinalı “La Liqa”da yeni şəxsi rekorda imza atıb.

 

Namiq Musayev

Xəbər xətti