ABŞ-ın Koliforniya ştatında nahəng ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb. Ucnoqta.az xəbər verir ki, hadisənin görüntüləri nəqliyyat vasitəsinin təhlükəsilik kamerası tərəfindən qeydə alınıb və daha sonra “YouTube”da yayımlanıb.
Kadrlarda, “Pontiac G6” maraklı avtomobilin təxmin 60 km/saatla hərəkət etdiyi və “Sekoya” cinsi (dünyada ən iri ağac) olan nəhəng ağacın maşının üzərinə aşdığı görülür.
Videoda həmçinin, sürücünün reaksiya verərək sürət həddini aşağı saldığı və sükanı sola döndərdiyi də əks olunub. Ancaq onun bütün bu cəhdlərinə baxmayaraq, o, qəzadan qaça bilmir.
“Carscoops” portalının məlumatına görə, hadisə zamanı avtomobildə 2 nəfər olub və xəsarət alan olmayıb.
Lakin maşının kuzovu ciddi zədələnib, damda olan lyuku və arxa şüşəsi qırılıb.
Ağcaın hansı səbəbdən aşması isə hələlik məlum deyil.
Namiq Musayev