"Barselona"nın Messiyə olan borcu açıqlandı

09:43 - 2 Fevral 2021 - İDMAN

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messiyə olan borcu bəlli olub.

"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yanvarın sonunadək 34 yaşlı hücumçuya 72 milyon avro ödəməli idi.

Lakin argentinalı oyunçu 8,5 milyon avro alıb. Beləliklə, klub Messiyə maaş və imic hüquqlarına görə 63,5 milyon avro borcludur.

Qeyd edək ki, İspaniya mətbuatı Messinin 2017-ci ildə imzaladığı 4 illik müqaviləyə əsasən 555 milyon avro qazanmalı olduğunu yazıb. 2005-ci ildən "Barselona"da çıxış edən hücumçunun klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq. Daha əvvəl Kataloniya təmsilçisinin maaşları ödəyə bilmədiyi üçün futbolçulara borclu olduğu bəlli olub.

Xəbər xətti