Azərbaycan futbolunda VAR sistemindən tətbiq olunacaq.
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O bildirib ki, hakimin video assistenti texnologiyasının tətbiqi barədə işlərə başlanılacaq:
“Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq. Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə çatdıracağıq. Çalışırıq işə düzgün başlayaq ki, problem olmasın”.///apasport