"Sadəcə "Fənərbağça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm".
Bu fikirləri Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.
33 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.
"Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm", - deyə "CBC Sport"dan Elçin Cəfərovun sualına cavab olaraq Özil vurğulayıb.
Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.///report