Türkiyənin Bursa vilayətində baş verən qasırğanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Ucnoqta.az DHA-ya istinadən xəbər verir ki, hadisə Yıldırım rayonunda qeydə alınıb.
Agentliyin məlumatına görə, sürəti saatda 80 kilometrə çatan qasırğa, rayonun “Sənaye” küçəsinin sakinlərinə çətin anlar yaşadıb. Fırtına, 20 iş yerinin damını uçuraraq 19 avtomobilin üzərinə atıb və nəticədə xeyli maddi ziyan meydana gəlib. Yoldan keçən vətəndaşlardan biri, qopan dam parçalarının üzərinə düşməsi səbəbindən xəsarətlər alıb.
40 saniyə davam edən fırtına dron və təhlükəsizlik kamerası ilə mobil telefonla qeydə alınıb.
Namiq Musayev