"Oyun bizim nəzarətimiz altında keçsə də, dinamika çatışmadı. Sonda məğlub olduq və mübarizəni dayandırdıq".
Bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomez Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, Kəpəz"ə uduzmaq böyük səhvdir, amma faciə deyil: "Məğlubiyyətdə hər kəsin səhvi var, ən böyük məsuliyyət isə baş məşqçinin üzərinə düşür"./report