Libertadores Kubokunda ikinci finalçı bəlli oldu

09:41 - 14 Yanvar 2021 - İDMAN

Futbol üzrə Libertadores Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Braziliyanın "Santos" komandası yarımfinalın ikinci görüşündə Argentina təmsilçisi "Boka Xuniors"u 3:0 hesabı ilə məğlub edib.

Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmayıb.

Qeyd edək ki, "Santos" yanvarın 30-da finalda Braziliyanın digər klubu "Palmeyras"la üz-üzə gələcək. Beləliklə, tarixdə üçüncü dəfə Libertadores Kubokunun finalında Braziliyanın iki təmsilçisi mübarizə aparacaq.///report

Xəbər xətti