Azərbaycan idmançıları Olimpiadaya vəsiqə qazanmaya bilər - Avropa çempionatı ləğv olundu

10:35 - 12 Yanvar 2021 - İDMAN

Finlandiyanın Lohya şəhərində 26 fevral - 6 mart tarixlərində keçirilməli olan 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub.

Oxu.Az Avropa Atıcılıq Konfederasiyasının saytına istinadən xəbər verir ki, Təşkilat Komitəsi Finlandiyada yerli hökumətin pandemiya ilə əlaqədar bəyanatına görə yarışı bu tarixdə keçirməmək qərarı qəbul edib.

Konfederasiyanın Rəyasət Heyəti bu yarışı başqa tarixə salmağı müzakirə edəcək. Avropa çempionatını keçirilməsi mümkün olmayacağı təqdirdə, Olimpiada üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiqlədiyi təsnifat sistemi çərçivəsində 31 May 2020-ci il tarixinə olan Avropa reytinqinə görə paylanacaq.

Qeyd edək ki, hazırda Avropa reytinqində 10 metr məsafəyə atıcılıqda (tapança) Azərbaycan idmançısı Ruslan Lunyov 178 xalla 18-ci sıradadır. Qadınlarda isə (tüfəng) Jalə Bayramova 2 xalla 189-cu yerdədir. Nigar Nəsirova (tapanca) 169 xalla 17-cidir. Bu yer isə onlara Olimpiadaya vəsiqə qazandırmır.

Onu da bildirək ki, Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində keçirilmiş 25/50 metr məsafəyə güllə atıcılığında Avropa çempionu olub. O, 25 metr məsafəyə qızıl medal qazanmaqla Olimpiadaya lisenziya əldə edib. 

Xəbər xətti