Türkiyənin "Beşiktaş" klubunun prezidenti Ahmet Nur Çebidə növbəti dəfə koronavirus aşkarlanıb.
"Report" İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, funksioner ikinci dəfə infeksiyaya yoluxub.
Xəstəxanaya yerləşdirilən klub prezidentinin 1 həftə orada müalicə alacağı bildirilib.
Qeyd edək ki, Ahmet Nur Çebi bu ilin mayında da koronavirusa yoluxmuşdu.