“Barselona”nın 33 yaşlı kapitanı Lionel Messi və Madrid “Atletiko”sunun hücumçusu Luis Suares yenidən karyeralarını eyni klubda davam etdirə bilər.
Bu barədə “Goal” məlumat yayıb.
Messi və Suares sahiblərindən biri də ulduz futbolçu Devid Bekhem olan MLS klubu “İnter Mayami”də birlikdə çıxış edə bilər.
Lakin bunun 2022-ci ilin yayından erkən baş tutması ehtimalı olduqca azdır.