İspaniyanın "Barselona" klubunun prezidenti vəzifəsinə namizəd olan Xordi Farre azarkeşlərə yeni vəd verib.
Funksioner "Mundo Deportivo" nəşrinə açıqlamasında Fransanın PSJ komandasında çıxış edən Neymarın Kataloniya təmilçisinə qayıdacağını söyləyib.
O, 2021-ci ildən braziliyalı futbolçunun yenidən Lionel Messi ilə komanda yoldaşı olacağını bildirib: "Amma bunun üçün Neymar öz tələblərini azaltmalıdır. Hər kəs səhv edə bilər. Onun yaxın ətrafı ilə danışmışıq. Futbolçu özü də qayıtmağın əleyhinə deyil. Bu transfer üçün PSJ-yə 40-45 milyon avro ödəyə bilərik. Messi və Neymar gələn il yenidən birlikdə oynayacaqlar. Əminəm ki, bundan sonra Leo da klubdan getmək istəməyəcək. O, gələcəkdə "Barselona"nın fəxri prezidenti də ola bilər".
Neymar 2013 - 2017-ci illərdə "Barselona"da çıxış edib.
Qeyd edək ki, "Barselona"da prezident seçkiləri 2021-ci ilin martında keçiriləcək.