Futbol üzrə Fransa çempionatının XVI turunda keçirilmiş "Loryan" - "Renn" matçından sonra faciəvi hadisə baş verib.
"Report" "LEquipe" nəşrinə istinadən xəbər verir ki, "Loryan"ın ev oyunlarını keçirdiyi "Le Mustuar" stadionunun əməkdaşı qarşılaşmadan sonra dünyasını dəyişib.
Görüşün başa çatmasından 10 dəqiqə sonra ot örtüyünü qızdırmaq üçün nəzərdə tutulan avadanlıq stadion işçilərindən birinin üzərinə düşüb.
Hadisədən 40 dəqiqə sonra işçini dağıntılar altından çıxarmaq mümkün olub. Oyunda iştirak edən həkim heyəti ilkin tibbi yardım göstərib, zərərkəkən xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, matç "Renn"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.