"Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar"
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli öz tvitter səhifəsində yazıb. MHP sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında şeir söyləməsini dəstəkləyərək deyib:
"Bu dəfə mən də səslənirəm:
Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.