ABŞ-da sürücü avtomobili ilə etiraz aksiyası keçərin bir qrup insanı vurub. Ucnoqta.az xəbər verir ki, hadisə Manhetten şəhərində baş verib. Bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qadın sürücü idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ərazidə etiraz aksiyası keçirən bir qrup insan onun maşınını əhatəyə alıb və bundan qorxan qadın qaza sıxaraq onlardan bir neçəsini vuraraq hadisə yerindən qaçıb.
Qəza nəticəsində 1-i ağır olmaqla, 7 nəfər xəsarət alıb.
Bildirilir ki, qadın sürücünü polis nəfəri skuterlə təqib edərək saxlayıb. Saxlanılan sürücü və yanındakı sərnişin daha sonra polis bölməsinə aparılıb.
Hazırda onlarla sorğu-sual aparılır.
Namiq Musayev