Livanın paytaxtı Beyrutda yağan leysan yağışı həyatı iflic edib. Ucnoqta.az İHA-ya istinadən xəbər verir ki, güclü yağışından sonra küçə və yollar gölə dönüb. Dora rayonunda bir çox nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, onlarca maşın isə suyun altına qalıb. Bəzi sürücü və sərnişinlər avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb.
Yolların açılması üçün bölgəyə xilasetmə xidmətinin əməkdaşları və texnikalar cəlb edilib.
Namiq Musayev