Rusiyanın İrkutsk əyalətində minik avtomobilinin və avtobusun iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Ucnoqta.az xəbər verir ki, hadisə dekabrın 7-də Bratsk rayonunun Lenin prospekti ilə Sovet küçəsinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, 28 yaşlı qadının sürətlə idarə etdiyi “Lexus GS350” markalı minik avtomobili, qəfildən sükan idarəetməsini itirərək işıqforda gözləyən avtobusa arxadan çırpılıb.
Zərbənin təsirindən “Lexus” yol kənarına hərəkət edərək dəmir arakəsmələrə dəyib və deformasiyaya uğrayıb.
Qəza nəticəsində sürücü ölüb, 1 qadın sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev