"Qarabağ"ın İspaniyaya gedəcəyi vaxt açıqlandı

10:20 - 7 Dekabr 2020 - İDMAN

Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Ağdam təmsilçisi matçdan bir gün əvvəl - dekabrın 9-da saat 10:00-da İspaniyaya yola düşəcək.

Həmin gün komandanın "Estadio de la Keramika" stadionunda açıq məşqi və mətbuat konfransı olacaq.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.///report

Xəbər xətti